Azərbaycanlı döyüşçü UFC-də debüt edəcək: Rəqibi məlum oldu - VİDEO

25 Sentyabr 2026 12:13
643
Azərbaycanlı döyüşçü UFC-də debüt edəcək: Rəqibi məlum oldu

Azərbaycanlı MMA döyüşçüsü Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, 24 yaşlı idmançı oktyabrın 24-də Əbu-Dabidə keçiriləcək UFC 333 turnirində avstraliyalı Kolbi Tiknesslə qarşılaşacaq. Döyüş “Etihad Arena”da baş tutacaq.

Çopurov peşəkar MMA karyerasında keçirdiyi 11 döyüşün hamısında qələbə qazanıb. Onun 10 qələbəsi vaxtından əvvəl başa çatıb. Azərbaycanlı döyüşçü daha əvvəl "UAE Warriors" təşkilatında yüngül çəki üzrə çempion kəmərinə sahib olub və titulunu iki dəfə qoruyub. O, son görüşündə avstraliyalı Riz Maklareni cəmi 63-cü saniyədə nokaut edib. Onun rəqibi “ONE Championship”də 17 döyüş keçirib, təşkilatın çempionluq tituluna iddia edib və azərbaycanlı ilə görüşə üç qələbəlik seriya ilə çıxıb. Lakin Çopurov üçün ciddi sınaq hesab olunan qarşılaşma faktiki olaraq bir dəqiqədən bir qədər artıq vaxtda başa çatıb.

Bu döyüşdən sonra ABŞ-nin büfuzlu “MMA Mania” nəşri nəticəyə son dərəcə diqqətçəkən reaksiya verərək faktiki olaraq Çopurovun daha yüksək səviyyəyə keçməsinə çağırış edib və onu hazırda UFC-dən kənarda mübarizə aparan ən yaxşı, bəlkə də ən yaxşı yüngül çəki döyüşçüsü adlandırıb.

Çopurovun büdəfəki rəqibi Kolbi Tiknessin aktivində doqquz qələbə və bir məğlubiyyət var. Avstraliyalı döyüşçü son qarşılaşmasında Vins Moralesi hakimlərin yekdil qərarı ilə məğlub edib.

Xatırladaq ki, məğlubedilməz azərbaycanlı MMA döyüşçüsü bir müdət əvvəl bundan sonra təmsilçiliyini dəyişəcəyini açıqlayıb. 24 yaşlı Çopurov Volqoqradda anadan olduğunu, orada böyüdüyünü və idmançı kimi inkişafı üçün Rusiyada bütün imkanların yaradıldığını bildirib. O, bütün inkişaf imkanlarını verən ölkəni təmsil etməyə qərar verdiyini söyləyib onu dəstəkləyən azərbaycanlılara təşəkkür edib.

Qeyd edək ki, UFC 333 turnirinin əsas döyüşündə Aleksandr Volkanovski Movsar Evloyevlə qarşılaşacaq. Gecənin digər titul döyüşündə isə Petr Yan Merab Dvalişvili ilə üz-üzə gələcək.

İdman.Biz