İlya Topuriyanın döyüşdən 76 gün sonrakı üzünün görüntüsü yayıldı - FOTO

29 Avqust 2026 13:54
101
İlya Topuriyanın döyüşdən 76 gün sonrakı üzünün görüntüsü yayıldı - FOTO

UFC-nin keçmiş yüngül çəki çempionu İlya Topuriyanın Castin Qeyci ilə döyüşündən 76 gün sonra görüntüsü yayılıb.

İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə ispan döyüşçünün "UFC Freedom 250" turnirində amerikalıya məğlubiyyətindən 76 gün sonra çəkilmiş fotosu ortaya çıxıb.

Fotodan göründüyü kimi, Topuriya döyüşdən dərhal sonrakı vəziyyəti ilə müqayisədə xeyli yaxşı görünür. Həmin vaxt onun üzü ciddi şəkildə şişmiş və zədələnmişdi. Lakin döyüşçünün sağ gözü hələ də tam açılmır.

Qeyd edək ki, iyun ayında Ağ Evdə keçirilən turnirdə Qeyci Topuriyanı 4-cü və 5-ci raundlar arasındakı fasilədə döyüşün dayandırılması ilə məğlub edərək onun yüngül çəkidə çempionluq titulunu əlindən alıb.

Döyüşdən sonra Topuriyanın hər iki göz yuvasında və burnunda sınıqlar olduğu barədə məlumat yayılmışdı. Texniki nokautla məğlub olduğu üçün Topuriyaya 60 günlük məcburi istirahət və 180 günlük tibbi məhdudiyyət tətbiq edilib.

Qeyciyə də eyni müddətə tibbi məhdudiyyət qoyulub. ABŞ-li döyüşçü sağ biləyi və sol dizindən müayinədən keçməli idi.

İdman.Biz
Məqalədə: