Bredi Maxaçevi gözləyən çətinlikdən danışıb

27 Avqust 2026 14:28
81
Bredi Maxaçevi gözləyən çətinlikdən danışıb

UFC-nin yarımorta çəki dərəcəsində çıxış edən Şon Bredi İslam Maxaçevin potensial rəqibləri barədə danışıb.

İdman.Biz xəbər verir ki, Maxaçevin növbəti rəqibinin Maykl Morales və ya Karlos Prates olacağı gözlənilir. Rusiyalı döyüşçü sonuncu görüşündə İan Qerriyə qalib gələrək yarımorta çəki dərəcəsində çempionluq kəmərini qoruyub.

Şon Bredi İslam Maxaçev üçün Moralesin daha çətin rəqib ola biləcəyini bildirib:

“Prates istənilən rəqibi nokauta göndərə bilər və bunu hamı bilir. Amma mən Moralesə uduzmuşam, Pratesə yox. Ona görə də bu məsələdə obyektiv olmaya bilərəm. Mənə elə gəlir ki, İslam üçün məhz Moraleslə döyüşmək daha çətin olacaq.

Bir vaxtlar özüm Prateslə döyüşmək istəyirdim və ona qarşı görüşə hazırlaşırdım. Onun əvvəlki döyüşlərini izlədim. Orada "ONE Championship"dən olan döyüşçülərin onu yerə keçirərək zərər verdiyi anlar var idi. Düşünürəm ki, İslam da eyni şeyi edə bilər.

Morales haqqında isə çox şey bilmirik. Hazırda o, hamı üçün müəmmadır. Onun güləşinin nə dərəcədə yaxşı olduğunu və nə qədər dözümlü olduğunu bilmirik. İslam onu hər iki xüsusiyyət baxımından yoxlaya bilər. Düşünürəm ki, məhz bunlar döyüşün taleyini müəyyənləşdirəcək”, – deyə Bredi Ariel bildirib.

Qeyd edək ki, Şon Bredi UFC-nin yarımorta çəki dərəcəsində reytinqin ilk “5-liy”ində yer alır. O, Maxaçev, Prates, Morales və Cek Della Maddalenadan sonra beşinci pillədədir.

İdman.Biz