“UFC 330” turnirindən sonra yenilənən yüngül çəki reytinqində azərbaycanlı döyüşçülərin mövqeyində dəyişiklik olmayıb.
İdman.Biz xəbər verir ki, UFC-nin yenilənmiş Meta Rankinq reytinqində Rafael Fiziyev 13-cü pillədəki yerini qoruyub. Tofiq Musayev də əvvəlki kimi 14-cü sırada qərarlaşıb.
“UFC 330”da yüngül çəki üzrə iki digər döyüşçü - Ceylin Törner və Esteban Riboviç qələbə qazanıb. Lakin onların uğurlu çıxışı ilk “15-liy”ə yüksəlmələri və azərbaycanlı döyüşçüləri sıxışdırmaları üçün kifayət etməyib.
Törner oktagona parlaq qayıdış edib. ABŞ-li döyüşçü Kaua Fernandesə ilk raundun artıq 39-cu saniyəsində nokautla qalib gəlib. Qarşılaşmadan sonra Törner yenidən divizionun reytinqinə düşmək niyyətində olduğunu açıqlasa da, yenilənmiş siyahıda ilk 15-likdən kənarda qalıb.
Riboviç də döyüşü vaxtından əvvəl başa vurub. Argentinalı yüngül çəki təmsilçisi ikinci raundda Edson Barbozaya texniki nokautla qalib gəlib. Lakin bu nəticə də onun ilk “15-liy”ə daxil olması üçün yetərli olmayıb.
UFC-nin yüngül çəki üzrə aktual “Top-15” reytinqi:
Çempion: Castin Qeytci (ABŞ)
1. İlya Topuriya (İspaniya)
2. Arman Tsarukyan (Ermənistan)
3. Çarlz Oliveyra (Braziliya)
4. Maks Hollouey (ABŞ)
5. Pedi Pimblett (Böyük Britaniya)
6. Kuillan Salxild (Avstraliya)
7. Renato Moykano (Braziliya)
8. Benua Sen-Deni (Fransa)
9. Mateuş Qamrot (Polşa)
10. Maurisio Ruffi (Braziliya)
11. Tom Nolan (Avstraliya)
12. Den Huker (Yeni Zelandiya)
13. Rafael Fiziyev (Azərbaycan)
14. Tofiq Musayev (Azərbaycan)
15. Qrant Douson (ABŞ)
