UFC veteranının vida döyüşü 35 saniyə çəkdi - VİDEO

9 Avqust 2026 16:31
158
UFC veteranının vida döyüşü 35 saniyə çəkdi - VİDEO

UFC veteranı Darren Elkins karyerasının son döyüşünü məğlubiyyətlə başa vurub.

İdman.Biz xəbər verir ki, 42 yaşlı ABŞ-li döyüşçü UFC Vegas 120 turnirində kubalı Yadier del Vale ilə qarşılaşıb. Döyüş cəmi 35 saniyə davam edib.

Del Vale ilk raundun başlanğıcından rəqibinə ciddi təzyiq göstərib. Kubalı döyüşçünün sol əllə vurduğu güclü zərbə Elkinsi nokdauna salıb. Ardınca yerdə bir neçə zərbə endirildikdən sonra hakim döyüşü dayandırıb.

Elkins qarşılaşmadan əvvəl nəticədən asılı olmayaraq bunun karyerasının son döyüşü olacağını açıqlamışdı. O, məğlubiyyətdən sonra əlcəklərini oktagona qoyaraq peşəkar idmanla vidalaşıb.

Elkins UFC-də yarımyüngül çəkidə 29 döyüş keçirərək divizion tarixində ən çox qarşılaşmaya çıxan idmançı olub. O, bu çəki dərəcəsində 18 qələbə ilə ikinci ən yüksək göstəriciyə sahibdir.

ABŞ-li döyüşçü peşəkar karyerasını 29 qələbə və 13 məğlubiyyətlə başa vurub.

İdman.Biz