Makqreqor Çendlerlə döyüşün anonsunu verib

1 Yanvar 2024 00:12
626
Makqreqor Çendlerlə döyüşün anonsunu verib

UFC üzrə keçmiş dünya çempionu Konor Makqreqor növbəti döyüşün anonsunu verib.

İdman.biz xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək Maykl Çendlerlər qarşılaşacağını deyib.

Boksçular arasında görüş 2023-cü ildə keçirilməli idi. Amma Makreqor vaxtında USADA-nın testindən keçmədiyi üçün döyüş baş tutmayıb.

Konor keçirdiyi 28 döyüşün 22-də qələbə qazanıb, 6-da uduzub. Çendler isə 31 görüşün 23-də oktaqonu qələbə, 8-də məlub tərk edib.

Qeyd edək ki, Makqreqor-Çendler döyüşü iyunun 29-na Las-Veqasda baş tutacaq.

İdman.biz