Maurisio Ruffi: “Fiziyev üzərində qələbə karyeramda böyük anların başlanğıcıdır”

1 Fevral 2026 12:33
139
Maurisio Ruffi: “Fiziyev üzərində qələbə karyeramda böyük anların başlanğıcıdır”

Sidneydə keçirilən UFC 325 turnirində azərbaycanlı döyüşçü Rafael Fiziyevi ikinci raundda texniki nokautla məğlub edən Maurisio Ruffi qarşılaşmadan sonra açıqlama verib.

İdman.Biz xəbər verir ki, braziliyalı döyüşçü döyüşdən sonrakı müsahibəsində qələbənin əldə olunma tərzinə və özünəinamına xüsusi diqqət çəkib.

“Mən çıxışımdan tam razıyam, əvvəldən uğurlu nəticəyə inanırdım. Fiziyev üzərində qələbəni karyeramda böyük anlar silsiləsinin yalnız başlanğıcı hesab edirəm. Bundan sonra da baxımlı və statuslu döyüşlərə köklənmişəm”, - deyə Ruffi bildirib.

Ruffi ötən ilin sentyabrında Benua Sen-Deniyə (Sen-Deni Sidneydə keçirilən turnirdə Den Hukeri məğlub edib) qarşı aldığı məğlubiyyəti də xatırladıb:

“Fiziyev üzərində qələbə əvvəlki uğursuzluqdan sonra güclü dönüş oldu. Düşünürəm ki, bu döyüş mənim bir döyüşçü kimi inkişafımı və daha ciddi çağırışlara hazır olduğumu göstərdi”.

Qeyd edək ki, Braziliyalı idmançı gələcək planlarından da danışıb:

“Rafael üzərində texniki nokautdan sonra yüngül çəki dərəcəsində tanınmış adlarla döyüşmək istəyirəm. Konor Makqreqor və Pedi Pimbletlə qarşılaşmalar məni cəlb edir. Hətta Makqreqorla döyüş onun Maykl Çendlerlə mümkün qarşılaşmasından da daha böyük hadisə ola bilər”.

İdman.Biz