Rafael Fiziyev: “Mən heç vaxt özümlə eyni boyda olan biri ilə döyüşməmişəm”

29 Yanvar 2026 23:41
117
Rafael Fiziyev: “Mən heç vaxt özümlə eyni boyda olan biri ilə döyüşməmişəm”

Yüngül çəkidə UFC reytinqinin doqquzuncu nömrəsi olan azərbaycanlı döyüşçü Rafael Fiziyev növbəti döyüşü ilə bağlı gözləntilərini bölüşüb.

İdman.Biz-in məlumatına görə, Fiziyev 1 fevralda Avstraliyada keçiriləcək UFC 325-də Maurisio Ruffi ilə qarşılaşacaq.

Ruffinin Azərbaycan döyüşçüsündən nə dərəcədə üstün olduğu soruşulduqda, Fiziyev rəqibinin qollarının daha uzun və boyca ondan daha hündür olduğunu qeyd edib:

“Bu, onun üstünlüyüdür, amma mən bütün həyatım boyu belə oğlanlarla döyüşmüşəm. Hətta özümlə eyni boyda heç kimlə döyüşməmişəm. Bu, mənim üçün təəccüblü deyil.

Onu daha yaxşı edən nədir? O, bəzi cəhətlərdən təhlükəlidir - yaxşı əks-zərbəçidir, güclü sağ əli var, yaxşı zamanlama və reflekslərə malikdir. Amma ümumilikdə, onun heç bir şəkildə daha güclü olduğunu deməzdim”, - idmançı bildirib.

İdman.Biz