UFC-nin yarımağır çəki dərəcəsində çempionu Aleks Pereyra Treysi Kortezlə ayrıldıqlarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, braziliyalı döyüşçü sosial şəbəkədə etdiyi paylaşımda münasibətin qarşılıqlı hörmət çərçivəsində başa çatdığını bildirib və fanatlara dəstəyə görə təşəkkür edib.
Aleks Pereyra qeyd edib ki, onlar Treysi ilə gözəl anlar yaşasalar da, hər ikisi üçün ayrı yollarla davam etməyin daha doğru olduğuna qərar veriblər və o, Treysiyə gələcək həyatında uğurlar arzulayıb.
Qeyd edək ki, Treysi Kortez də UFC-də çıxış edən döyüşçüdür.
