Çendler 2026-cı ildə Topuriyanı məğlub edəcək döyüşçünün adını açıqlayıb

Xəbərlər
8 Yanvar 2026 22:47
67
Çendler 2026-cı ildə Topuriyanı məğlub edəcək döyüşçünün adını açıqlayıb

Keçmiş UFC yüngül çəki tituluna iddialı Maykl Çendler Castin Qetji ilə Peddi Pimblett arasında potensial döyüş barədə proqnozunu bölüşüb.

İdman.Biz-in x\bərinə görə, Çendler qeyd edib ki, Qetji daha güclü döyüşçüdür, baxmayaraq ki, Pimblett çox qiymətləndirilmir.

Çendler həmçinin Qetjinin bu il İliya Topuriyanı məğlub edəcəyini də proqnozlaşdırıb.

“Düşünürəm ki, Castin Qetju daha yaxşı döyüşçüdür, amma Peddi Pimblett insanların düşündüyündən daha yaxşıdır. İnsanlar Peddiyə kifayət qədər hörmət göstərmirlər. Seçməli olsaydım, bu ilin sonunda Castin Qetjinin İliya Topuriyanı məğlub edəcəyindən mərc edərdim”, - Çendler ESPN MMA-da deyib.

İdman.Biz