Keçmiş ikiqat UFC çempionu Konor Makqreqor, UFC Ağ Ev tədbirində beş çəki dərəcəsində boks üzrə keçmiş dünya çempionu Floyd Meyvezer ilə qarışıq döyüş sənətləri üzrə revanş döyüşünə hazır olduğunu açıqlayıb.
İdman.Biz bildirir ki, Ağ Evdə UFC turniri iyunun 14-də keçiriləcək.
“Meyvezer, vəd edilmiş MMA döyüşünə hazır olanda mən burada olacağam. Eşitdiyimə görə, bu yay Ağ Evdə olduqca yaxşı bir şou olacaq. Maykl (Çendler-red.), zarafat edirəm! Baxmayaraq ki, eyni gecədə hər ikinizə də döyüşə bilərdim. MMA-da Floydu 10 saniyəyə asanlıqla məğlub edərdim”, - Makqreqor sosial media səhifəsində yazıb.
