Azərbaycanın MMA döyüşçüsü növbəti qələbəsini qazanıb - VİDEO

Xəbərlər
18 Dekabr 2025 14:51
66
Azərbaycanın MMA döyüşçüsü növbəti qələbəsini qazanıb

Azərbaycanın MMA döyüşçüsü Edvin Abbasov Lüksemburqda keçirilən “SOKO FC 5” turnirində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, (61,2 kq) çəki dərəcəsində çıxış edən idmançı danimarkalı rəqibini üçüncu raundda texniki nokautla üstələyib.

Bununla da o, peşəkar karyerasında beşinci qələbəsini əldə edib.

Qeyd edək ki, Edvin Abbasov növbəti döyüşünü yanvarın 17-də Hindistanın Qoa şəhərində keçirəcək.

İdman.Biz