Ceyk Pol Coşua ilə döyüşə hazırlıq çərçivəsində timsah öldürüb - FOTO

Xəbərlər
17 Dekabr 2025 04:07
55
Ceyk Pol Coşua ilə döyüşə hazırlıq çərçivəsində timsah öldürüb - FOTO

Amerikalı döyüşçü və bloqçu Ceyk Pol Entoni Coşua ilə döyüşü üçün hazırladığı kostyum barədə danışıb.

İdman.Biz bildirir ki, Polun sözlərinə görə, o, həmin kostyumu tikdirmək üçün timsah ovuna çıxıb və yırtıcını öldürüb.

Xatırladaq ki, Pol-Coşua döyüşü 19 dekabrda Nyu-Yorkda keçiriləcək. Peşəkar rekordu 12 qələbə və bir məğlubiyyət olan Pol üçün bu, onilliyin ən güclü ağır çəkili boksçularından birinə qarşı karyerasının ən ciddi sınağı olacaq.

Coşuanın 36 yaşı var. Britaniyalı boksçu 2013-cü ildən bəri peşəkar şəkildə yarışır. Onun rekorduna 28 qələbə daxildir, bunlardan 25-i erkən qazanılıb. Coşuanın dörd məğlubiyyəti var.

İdman.Biz