UFC prezidenti Dana Uayt UFC-323 turnirində Petr Yanla keçirdiyi ağır beşraundlu döyüşdən sonra Merab Dvalişvilinin fotosunu sosial şəbəkələrdə paylaşıb.
İdman.Biz xəbər verir ki, döyüşdən dərhal sonra çəkilən kadr qarşılaşmanın nə qədər sərt keçdiyini açıq şəkildə göstərir. Şəkildə gürcü döyüşçünün rusiyalı rəqibi qarşısında böyük təzyiqə dözməli olduğu aydın görünür.

Yanla Dvalişvili arasındakı revanş Las-Veqasda dünən gecə baş tutan turnirin əsas hadisəsi olub. Bu dəfə Petr Yan hakimlərin yekdil qərarı ilə qalib gəlib və yüngül çəki dərəcəsində çempionluq kəmərini geri qaytarıb.
Xatırladaq ki, onların ilk qarşılaşması 2023-cü ilin yazında keçirilmiş və həmin döyüşdə Dvalişvili qalib gəlmişdi. Beləliklə, hazırda tərəflər arasında hesab bərabərləşib və mümkün trilogiya ilə bağlı müzakirələr artıq geniş vüsət almaqdadır.
