Həmzət Çimayev və İan Harri Qətərdə keçirilən turnirin kulislərində dava ediblər - VİDEO

Xəbərlər
23 Noyabr 2025 11:15
23
Həmzət Çimayev və İan Harri Qətərdə keçirilən turnirin kulislərində dava ediblər - VİDEO

Sosial şəbəkələrdə UFC-nin orta çəkidə çempionu Həmzət Çimayevin irlandiyalı döyüşçü İan Harrini itələdiyi və ona emosional şəkildə müraciət etdiyi video yayılıb.

İdman.biz-in məlumatına görə, insident Dohada keçirilən UFC “Fight Night 265” turnirinin kulislərində baş verib.

Daha sonra Çimayev baş verənlər barədə açıqlama verib.

“Arxadan heç kimi vurma. O yaxınlaşdı və mənim kürəyimə vurmağa başladı. Əgər hörmət göstərmək istəyirsənsə, insana hörmətlə toxun. O hay-küy salmaq üçün gəlib. Konor kimi olmağa çalışır, amma heç vaxt olmayacaq”, - deyə çempion “Athlon Sports”a verdiyi müsahibədə bildirib.

Konflikt Harrinin son turnirdə Belal Məhəmmədə qalib gəlməsindən sonra döyüşçülər arasında gərginliyin davamı olub

İdman.Biz