Həbib Mahaçevin Ağ Evdə döyüşməsini istəmir

Xəbərlər
19 Noyabr 2025 07:13
26
Həbib Mahaçevin Ağ Evdə döyüşməsini istəmir

37 yaşlı UFC Şöhrət Zalının üzvü və keçmiş yüngül çempion Həbib Nurməhəmmədov dostu və UFC çempionu İslam Mahaçevin Ağ Evdə keçiriləcək turnirdə döyüşməsini istəmədiyini bildirib.

İdman.Biz bildirir ki, turnir 14 iyun 2026-cı ildə olacaq.

“Düzünü desəm, artıq kimin orada olmasının heç bir əhəmiyyəti yoxdur. Əgər İslam orada olsa, bu, bizim üçün böyük bir hadisə olacaq. Şəxsən məndən soruşsanız, onun orada döyüşməsini istəməzdim. Niyə? Sadəcə istəmirəm”, - Nurməhəmmədov deyib.

İdman.Biz