UFC prezidenti Dana Uayt tezliklə təqaüdə çıxmaq planının olmadığını deyib.
İdman.Biz bildirir ki, Dana uşaqlıq dostları Fertitta qardaşları UFC-ni əldə etdikdən sonra 2001-ci ilin yanvar ayında Şimali Amerika liqasının prezidenti vəzifəsini icra etməyə başlayıb.
“Mən gənc olanda yaşlı insanlar deyirdilər ki, “təqaüdə çıxıb çimərlikdə May Tay içəcəyəm” və sair. Tətildə çox yaxşı vaxt keçirirəm, lakin 10 gündən sonra içkidən və bütün bunlardan bezirəm, ona görə də işə qayıtmağa hazır oluram. Daim hər gün biznesi necə daha da böyütmək barədə düşünürəm”, - deyə Uayt bildirib.
        
                        
                        
                        
                        
                        
                    
                    
                    
                    