Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov Yaponiyada keçirilməsi planlaşdırılan Rizin turnirində iştirak edə bilməyəcək.
İdman.Biz xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində məlumat paylaşıb
Vüqar Kərəmov bildirib ki, Koyomi Matsuşima ilə sabah Kobe şəhərində keçirlməsi planlaşdırılan döyüşü zəhərlənmə səbəbindən ləğv edilib:
“Rizin təşkilatından və azarkeşlərimdən üzr istəyirəm. Üç ay çox ağır hazırlıq keçmişdim və əla formada idim. Amma döyüşə üç gün qalmış zəhərləndim və bərpa ola bilmədim. Ən qısa zamanda zala qayıdıb məşqləri davam etdirməyə çalışacağam”.
Döyüşçüyə virus mənşəli qastroenterit diaqnozu qoyulduğu bildirilib.
Qeyd edək ki, Vüqar Kərəmov Rizin təşkilatında keçirdiyi 10 döyüşün 7-də qələbə qazanıb.
