Keçmiş UFC çempionu və hazırda Şöhrət Zalının üzvü olan rusiyalı Həbib Nurməhəmmədov məğlubiyyətsiz döyüşçü, yüngül çəki dərəcəsində (Professional Fighters League) PFL çempionu Usman Nurməhəmmədovla zarafat edib.
İdman.Biz Championat.com-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə Həbib Usmanla zarafatlaşaraq, “Qəhvəm hanı? Niyə yalnız özünü düşünürsən? O, mənə heç vaxt qəhvə gətirmir. Elə bilirsən mən buna layiq deyiləm?”, - deyə bildirib.
Usman Nurməhəmmədov qaydasız döyüş karyerasına 2017-ci ildə başlayıb və hamısı qələbə ilə başa çatan 20 döyüş keçirib. Onlardan səkizi vaxtından əvvəl texniki nokaut, altısı boğma və təslimetmə üsulu ilə, altısı isə hakimlərin yekdil rəyi əsasında başa çatıb. Hakimlərin rəyi əsasında başa çatan döyüşlərdən üçü sonunculara aiddir.
Qeyd edək ki, Usman və Həbib əmioğludurlar və bu bağ onların uğurunun əsasını təşkil edib. Həbibin atası - Abdulmanap Nurməhəmmədov hər iki döyüşçünün karyerasının formalaşmasında mühüm rol oynayıb. Məşqçi, mentor və ata kimi o, onlara döyüş növlərinə sevgini, zəhmət və təvazökarlıq fəlsəfəsini aşılayıb.