Yan Harri Mahaçev – Della Maddalena döyüşünə proqnoz verib

Xəbərlər
16 Oktyabr 2025 06:07
48
Yan Harri Mahaçev – Della Maddalena döyüşünə proqnoz verib

77 kq çəki dərəcəsində UFC reytinqində altıncı yerdə olan Yan Harri Cek Della Maddalena ilə İslam Mahaçev arasında keçiriləcək titul döyüşündən danışıb.

İdman.Biz bildirir ki, Della Maddalena və Mahaçevin döyüşü noyabrın 16-da ABŞ-ın Nyu-York şəhərində “UFC 322”də keçiriləcək.

“Döyüşdə bir məsələ əsas olacaq: Cek İslam onu ələ keçirəndə neyləyəcək? Mahaçev dünya səviyyəli güləşçidir; o, həyatının çox hissəsini elit səviyyədə güləşib. Belalla qarşılaşmada Cek çox əla döyüşdü. Amma o, daha texnikalı birinə qarşı bu uğuru təkrarlaya bilərmi? Cek ayaq üstə daha yaxşı mübarizə apara bilər. Əgər döyüş ayaq üstə keçsə, Cek uğur qazana bilər”, - Harri deyib.

İdman.Biz