Gürcü əsilli çempion Topuriya UFC-yə dönəcəyini AÇIQLADI

Xəbərlər
7 Oktyabr 2025 17:44
32
Gürcü əsilli çempion Topuriya UFC-yə dönəcəyini AÇIQLADI

UFC-nin yüngül çəkidə çempionu gürcü əsilli idmançı İliya Topuriya oktaqona qayıdacağını açıqlayıb.

İdman.biz-in məlumatına görə, döyüşçü bu xəbəri sosial şəbəkə hesabında paylaşıb.

O, döyüş seriyasını davam etdirmək, yeni uğurlar qazanmaq istədiyini bildirib: “Kral geri dönür. Heç kim təhlükəsiz deyil. Növbəyə durun. İstilak davam edir”.

Xatırladaq ki, Topuriya sonuncu dəfə bu il iyunun 29-da oktaqona çıxıb. O, yüngül çəkidə boş olan titul uğrunda keçmiş UFC çempionu, 35 yaşlı braziliyalı Çarlz Oliveyraya qarşı döyüşüb və birinci raundda nokautla qalib gəlib.

İdman.biz