Tailandın paytaxtı Banqkokda qarışıq döyüş növləri üzrə nüfuzlu “ONE Championship” təşkilatının turniri keçirilib.
İdman.biz xəbər verir ki, gecənin qarşılaşmalarından birində, 61 kq çəki dərəcəsində çıxış edən və gənc olmasına baxmayaraq artıq adından söz etdirən azərbaycanlı döyüşçü Akif Quluzadə taylandlı Cousuayai Deçapanla üz-üzə gəlib.
Üç raund davam edən gərgin döyüşdən sonra hakimlərin yekdil qərarı ilə qalib gələn tərəf “Kral” ləqəbli Akif Quluzadə olub.
Görüş zamanı onun rəqibinin başına endirdiyi diz zərbəsi xüsusilə yadda qalıb.
Bu, Akif Quluzadənin “ONE Championship” çərçivəsində beşinci döyüşü idi. O, bundan əvvəlki bütün qarşılaşmalarda da qələbə qazanıb.