Mahaçevin məşqçisi İslamın Della Maddalena ilə necə döyüşəcəyini deyib

Xəbərlər
4 Oktyabr 2025 05:20
32
Mahaçevin məşqçisi İslamın Della Maddalena ilə necə döyüşəcəyini deyib

Yüngül çəkidə keçmiş UFC çempionu İslam Mahaçevin məşqçisi Xavyer Mendez yetirməsinin orta çəki dərəcəsində çempion Cek Della Maddalena ilə qarşıdakı döyüşü ilə bağlı fikirlərini bölüşüb.

İdman.biz bildirir ki, döyüş noyabrda “UFC 322”də baş tutacaq.

“Əgər Maddalenanı yerə yıxa bilməsə, demək İslam ayaqüstə döyüşməli olacaq. Amma biz hər fürsətdən istifadə etməliyik. Məqsədimiz sadəcə Ceki yerə yıxmaq deyil, onun bizə verdiyi və ya özümüzün yaratdığı imkanlardan yararlanmaqdır”, - Mendez deyib.

Mahaçev qarışıq döyüş növləri üzrə 28 döyüşdə iştirak edib, 27 qələbə və bir məğlubiyyət rekordu var. Della Maddalena 20 döyüşdə iştirak edib, 18 qələbə və iki məğlubiyyət rekordu var.

İdman.biz