Maddalena Mahaçevin ona qarşı necə döyüşəcəyini bilir - VİDEO

Xəbərlər
28 Sentyabr 2025 01:58
172
Maddalena Mahaçevin ona qarşı necə döyüşəcəyini bilir - VİDEO

Yüngül çəkidə (77 kq-a qədər) UFC çempionu avstraliyalı Cek Della Maddalena rusiyalı İslam Mahaçevlə döyüşünün necə başlayacağı ilə bağlı fikirlərini bölüşüb.

İdman.biz bildirir ki, onların döyüşü noyabrın 16-da Nyu-Yorkda baş tutacaq “UFC 322”nin əsas tədbiri olacaq.

“Məncə, mübarizəmiz ayaq üstə başlayacaq və oradan hərəkətə keçəcəyik. İslam müxtəlif üsullardan istifadə etməyə çalışacaq. O, yəqin ki, ən əvvəldən güləşə keçməyə çalışacaq. İslam Belalın mənimlə döyüşünə baxıb. O, yəqin ki, Məhəmmədin səhvinin başlanğıcdan güləşə keçməməsi olduğunu düşünür. Ona görə də, elə birinci raunddan güləşə keçəcəyini gözləyirəm”, - Maddalena deyib.

İdman.Biz