Bəhram Rəcəbzadə döyüşdən geri çəkildi - VİDEO

28 Mart 2026 10:22
212
Bəhram Rəcəbzadə döyüşdən geri çəkildi - VİDEO

Kikboksçu Bəhram Rəcəbzadə aprel ayında “Glory” təşkilatında keçirilməsi planlaşdırılan kəmər döyüşündə iştirak etməyəcək.

İdman.Biz xəbər verir ki, bu barədə idmançı özü sosial şəbəkə hesabında paylaşım edib.

O, məşq zamanı zədələndiyini açıqlayıb.

B.Rəcəbzadə bildirib ki, ayağında əzələ yırtığı aşkarlanıb və yaxın günlərdə əməliyyat olunacaq.

Qeyd edək ki, azərbaycanlı kikboksçu aprelin 25-də Donavan Visse ilə qarşılaşmalı idi.

Ətraflı videoda:

İdman.Biz