Azərbaycan karateçiləri növbəti medallarını qazanıblar

Xəbərlər
11 May 2025 19:45
55
Azərbaycan karateçiləri növbəti medallarını qazanıblar

Polşanın Pulavı şəhərində karatenin fudokan üslubu üzrə 10-cu dünya çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi növbəti medallarını qazanıb.

Böyüklər arasında Kamran Heydərzadə (80 kq) bürünc mükafata sahib çıxıb.

Gənclərin mübarizəsində Tahir Ələkbərov (75 kq) qızıl, Məhəmməd Bağırov (65 kq) gümüş medallar qazanıblar.

16-17 yaşlı qızlar arasında Şəfaqət Zeynallı (60 kq), oğlanların yarışında isə Qorxmaz Səfərli (60 kq) fəxri kürsünün birinci pilləsinə qalxıblar.

Uşaqların mübarizəsində isə Yusif Mustafazadə (35 kq) bürünc mükafata layiq görülüb.

Kişilər arasında mütləq çəkidə Babək Qələmzadə ilk döyüşdə erməni rəqibini 4:0 hesabı ilə məğlub edib. Ardınca 4 döyüş keçirən karateçimiz zədə səbəbindən finalda polşalı rəqibinə uduzaraq, gümüş medal əldə edib.

Qeyd edək ki, daha əvvəl böyüklər arasında Hacıəli Vəlizadə (80 kq) və 21 yaşadək idmançılar arasında Vüsal Seyidov (60 kq) qızıl, veteranların yarışında isə Siyavuş Bayramov (75 kq) bürünc medal qazanıblar.

İdman.biz