Azərbaycanın karate millisi Kiprin Limassol şəhərində 6-8 fevral 2026-cı il tarixlərində keçirilən gənclər arasında idman karatesi üzrə Avropa çempionatında uğurla çıxış edib.
İdman.Biz xəbər verir ki, yığmamız müxtəlif yaş və çəki dərəcələrində bir sıra medallara sahib çıxıb.
Azərbaycan Karate Federasiyası yarışda 27 idmançı ilə təmsil olunub. Milli komandamız Avropa birinciliyində uğurlu çıxışı ilə yadda qalıb və ümumilikdə 6 medal qazanıb.
U-18 yaş kateqoriyasında kata üzrə mübarizə aparan Salman Salmanov bürünc medal qazanıb. Kumitedə isə 66 kq-da Cansu Əhmədzadə, 61 kq-da Rəvan Abasov üçüncü yeri tutublar. 55 kq çəki dərəcəsində çıxış edən Vüsal Qənbərov gümüş mükafata yiyələnib. 68 kq-da tatamiyə çıxan Ələddin Məlikov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb və fəxri kürsünün zirvəsinə qalxıb.
U-21 yaş kateqoriyasında ölkəmizi təmsil edən Aslan Dostuyev 60 kq-da bürünc medal əldə edib.
Çempionat çərçivəsində Azərbaycanı təmsil edən beynəlxalq dərəcəli hakimlər - Cahangir Babayev, Rənad Əliyev, Vüqar Kərimov, Mais Mədətov və Seymur Məmmədov görüşlərdə ədaləti qoruyublar.
Milli komanda turnirdə federasiyanın baş katibi Qabil Sayadovun, U-18 yığmasının baş məşqçisi Anar Allahverdiyevin, U-21-in baş məşqçisi Elnur İbrahimin və kata üzrə baş məşqçi köməkçisi İsmayıl Quliyevin rəhbərliyi altında çıxış edib.
16:12
Kiprin Limasol şəhərində gənclər arasında keçirilən Avropa karate çempionatında Azərbaycan təmsilçisi uğura imza atıb.
İdman.Biz xəbər verir ki, 16-17 yaş kateqoriyasında 66 kq çəki dərəcəsində çıxış edən Cansu Əhmədzadə turnirin bürünc medalını qazanıb.
