Azərbaycan Karate Federasiyası 2025-ci ilin yekunlarına həsr olunan tədbir keçirib

Xəbərlər
22 Yanvar 2026 17:17
68
Azərbaycan Karate Federasiyası 2025-ci ilin yekunlarına həsr olunan tədbir keçirib

Azərbaycan Karate Federasiyasında (AKF) 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat və mükafatlandırma mərasimi təşkil edilib.

İdman.Biz xəbər verir ki, tədbirdə federasiyanın rəhbər heyəti, idmançılar, media nümayəndələri və rəsmi qonaqlar iştirak ediblər.

AKF prezidenti Ülvi Quliyev çıxış edərək ötən il ərzində görülən işlər barədə ümumi məlumat verib.

O, Azərbaycan karateçilərinin uğurlu çıxış etdiklərini, 200 dən çox medal qazandıqlarını qeyd edib.

“MDB oyunlarında nəticələrimiz uğurlu oldu. Azərbaycan idmanı daim dövlət qayğısı ilə əhatə olunub. Ötən il uğur qazanan idmançılara, məşqçilərə minnətdarlığımı bildirirəm. Həmçinin hakimlərə də təşəkkür edirəm. Nəticələrimiz yaxşı olub. Məşqçilərə və idmançılara uğurlar arzu edirəm. İnanıram ki, bu il də bizi layiqincə təmsil edəcəklər. Biz qalib xalqıq. Bununla fəxr edirəm. Beynəlxalq arenalarda Azərbaycan bayrağını yüksəldib, himnini səsləndirməliyik”.

İdman.Biz