Gənc karateçimiz Avropa üçüncüsü olub

7 Fevral 2026 20:00
130
Gənc karateçimiz Avropa üçüncüsü olub

Kipr Respublikasının Limasol şəhərində gənclər arasında Avropa çempionatı keçirilir.

İdman.Biz Azərbaycan Karate Federasiyasına istinadən xəbər verir ki, turnirdə 16-17 yaş kateqoriyasında kata üzrə çıxış edən idmançımız Salman Salmanov uğur qazanıb.

Belə ki, Salmanov bürünc medal əldə edib.

İdman.Biz