Cüdo hakimləri üçün seminar təşkil edilib - FOTO

Xəbərlər
28 Noyabr 2023 00:23
245
Cüdo hakimləri üçün seminar təşkil edilib - FOTO

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyəti üçün “Cüdo Klub 2012”də seminar keçirilib.

İdman.biz-in məlumatına görə, seminarda döyüşlər zamanı mübahisələrə səbəb olan epizodlar təhlil olunub.

Eyni zamanda, hansı hallarda cüdoçulara cərimə və ya xəbərdarlıqların verilməli olduğu haqqında geniş müzakirələr aparılıb və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib. ACF prezidentinin müşaviri Natiq Bağırov seminarda iştirak edərək öz tövsiyələrini verib.

Qeyd edək ki, seminarın təşkil olunması hakimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə və qarşıdan gələn yerli yarışlara hazırlıq məqsədi daşıyır.

İdman.biz