Azərbaycan cüdosunda yeni mərhələ: Beynəlxalq məşqçilik proqramı - FOTO

3 Aprel 2026 14:13
254
Azərbaycan cüdosunda yeni mərhələ: Beynəlxalq məşqçilik proqramı - FOTO

Azərbaycan Cüdo Federasiyası, Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumu çərçivəsində cüdo məşqçiliyi ixtisası üzrə birinci, ikinci və üçüncü kurs tələbələri üçün nəzəri və praktiki dərslər davam etdirilir.

İdman.Biz xəbər verir ki, tədris prosesi cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində əvvəlcədən müəyyən edilmiş cədvəl əsasında həyata keçirilir.

Layihəyə Hertfordşir Universitetinin professoru Mayk Kallen rəhbərlik edir və prosesə yerli, eləcə də xarici mütəxəssislər cəlb olunub.

Tələbələr dərslər zamanı beynəlxalq məşqçilik standartlarına uyğun hazırlanmış proqram üzrə həm nəzəri biliklərini artırır, həm də praktiki bacarıqlarını təkmilləşdirirlər.

İdman.Biz