"Finala qədər böyük qüvvə sərf etdim. Lakin beynəlxalq yarışlarda qazandığım təcrübə öz sözünü dedi."
İdman.biz xəbər verir ki, bunu XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) qızıl medal qazanan Azərbaycan cüdoçusu Rza Xəlilli (50 kq) deyib.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verən gənc idmançı nəticədən əhəmiyyətindən danışıb: "Festivalda qızıl medal qazanmaq heç də asan deyil. Burada qitənin ən yaxşı cüdoçuları iştirak edirlər. Çox xoşbəxtəm ki, finala qədər irəliləyib, qızıl medal qazandım. Bu mükafat qazandığım medallar arasında ən dəyərlisidir. Fürsətdən istifadə edib, əldə etdiyim nailiyyətlərdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm",
Qeyd edək ki, Rza Xəlilli finalda ispaniyalı Alexandra Çiarroniyə qalib gəlib.
İdman.biz