Azərbaycan cüdoçularını Lima səfəri gözləyir

Xəbərlər
18 İyul 2025 16:53
35
Azərbaycan cüdoçularını Lima səfəri gözləyir

Beynəlxalq Cüdo Federasiyası ilin ikinci yarısı üçün beynəlxalq təqvimdə bəzi dəyişikliklər edib.

İdman.biz xəbər verir ki, Perunun paytaxtı Lima ardıcıl olaraq üç yarışa ev sahibliyi edəcək.

Oktyabr 2-5-də orada gənclər arasında dünya çempionatı, ayın 6-da gənclər arasında qarışıq komandaların dünya çempionatı, ayın 10-12-də isə Lima Qran-Prisi keçiriləcək.

İdman.biz