Avropa çempionatının uğurlu çıxış etmiş Azərbaycan yığması Vətənə qayıdıb

Xəbərlər
30 İyun 2025 22:54
38
Avropa çempionatının uğurlu çıxış etmiş Azərbaycan yığması Vətənə qayıdıb

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının uğurlu çıxış etmiş Azərbaycan yığması Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında cüdoçularımızı federasiya nümayəndələri, yaxınları və media nümayəndələri qarşılayıblar.

Millimiz çempionatı fərdi yarışlarda 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb. Yığmamızın heyətində Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq) qızıl, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) bürünc medal əldə ediblər.

Qeyd edək ki, yekunda Azərbaycan yığması medalların əyarına görə ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci yeri tutub.

İdman.biz