Cüdoçularımız Avropa çempionatının ikinci günündə mükafatsız qalıb

Xəbərlər
27 İyun 2025 17:17
33
Cüdoçularımız Avropa çempionatının ikinci günündə mükafatsız qalıb

Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən kadetlər arasında cüdo üzrə Avropa çempionatının ikinci günündə mükafatlar kolleksiyasını artıra bilməyib.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə yeddi cüdoçumuz tatami üzərinə çıxıb.

Əli Hümbətov (66 kq) ilk mərhələdə məğlub olub.

Ayxan Həsənli (73 kq) qələbə ilə başlasa da, ikinci mərhələni adlaya bilməyib. Eyni kateqoriyada çıxış edən Səid Şərifov ilk görüşdə uduzub.

Qızların yarışında Aysun Məmmədova, Nuranə Hacızadə (hər ikisi 52 kq), Səmayə Yusifli (57 kq) və Ayan Əliyeva (63 kq) zəif çıxış ediblər.

İki gündən sonra yığmamızın hesabında üç qızıl, bir gümüş və iki bürünc medal var. Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq) və Zeyd Ələsgərov (60 kq) çempion olublar, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) isə bürünc mükafata sahib olublar.

İdman.biz