Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən kadetlər arasında cüdo üzrə Avropa çempionatının ümumi hesabında ikincidir.
İdman.biz xəbər verir ki, komandamızın hesabında üç qızıl, bir gümüş və iki bürünc medal var.
Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq) və Zeyd Ələsgərov (60 kq) çempion, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) isə bürünc mükafatçı olublar.
Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən idmançılar (4-1-5) ümumi hesabda birinci, Türkiyə komandası (1-3-0) isə üçüncü yerdə qərarlaşıb.
İdman.biz