Yeniyetmə oğlanlardan ibarət yığmamız Avropa çempionatında birinci olub

Xəbərlər
28 İyun 2025 23:42
43
Yeniyetmə oğlanlardan ibarət yığmamız Avropa çempionatında birinci olub

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında fərdi mübarizəyə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan milli komandası yarışı 6 medalla başa vurub.

Millimizin üzvləri çempionatda 3 qızıl, 1 gümüş və 2 bürünc əldə ediblər. Yığmamızın heyətində Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq) qızıl, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) bürünc qazanıblar.

Bu nəticə ilə millimiz medalların əyarına görə ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci yeri tutub. İkinci yerə görə təqdim olunan mükafatı yeniyetmə oğlanlardan ibarət yığmamızın məşqçisi Nicat Şıxəlizadə qəbul edib.

İdman.biz