Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, altıncı yarış günündə Azərbaycan millisinin daha bir idmançısı mübarizəyə qoşulub.
Dünya çempionatı
Kişilər
İlk mərhələdən azad olan Zelim Kotsoyev (100 kq) 1/16 finalda Cennaro Pirellini (İtaliya), ardınca Marat Baykamurovu (Qazaxıstan) məğlub edib. Olimpiya çempionumuz 1/4 finalda Arman Adamyanla (İJF) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən Kotsoyev təsəlliverici görüşə qatılacaq. Onun rəqibi Nikolos Şerazadişvili (İspaniya) olacaq.
Qeyd edək ki, dünya çempionatında millimizin heyətində hələlik Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.
İdman.biz