Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək

Xəbərlər
16 Dekabr 2025 16:26
54
Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 18-21-i tarixlərində cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 88 klub və idman cəmiyyətindən 495 cüdoçu (350 oğlan, 145 qız) ümumilikdə 16 çəki dərəcəsində mübarizə aparacaq.

Dekabrın 18–20-də fərdi mübarizə, 21-də isə komandalararası yarış baş tutacaq.

Qeyd edək ki, görüşlər hər gün saat 11:00-da start götürəcək.

İdman.Biz

Məqalədə: