Cüdo üzrə Azərbaycan birinciliyində komanda yarışları keçiriləcək

Xəbərlər
14 Dekabr 2025 11:10
51
Cüdo üzrə Azərbaycan birinciliyində komanda yarışları keçiriləcək

Cüdo üzrə 20 yaşadək gənclər arasında Azərbaycan birinciliyinin son günündə komanda yarışları təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, yarış Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

Turnirdə oğlanlar arasında 7 klub və idman cəmiyyətini təmsil edən 8 komanda kubok uğrunda mübarizə aparacaq.

Komanda görüşləri -66 kq, -73 kq, -81 kq, -90 kq və +90 kq çəki dərəcələrində baş tutacaq. Təsnifat mərhələsinin görüşlərinə saat 11:00-da start veriləcək.

İdman.Biz

Məqalədə: