Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkil etdiyi “Cüdo Mükafatları 2025” (“Judo Awards 2025”) çərçivəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) icra etdiyi iki sosial layihə beynəlxalq mükafata namizəd göstərilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Bildirilib ki, səsvermə prosesi 2026-cı il, yanvarın 15-də yekunlaşacaq.
Namizəd göstərilən layihələri təqdim edirik:
“Cüdoya İlk Addım” (First Step into Judo) - İlin uşaqlar üçün cüdo layihəsi (Judo for Children Project of the Year);
“Ümumdünya Cüdo Günü: Sülh” (World Judo Day – Peace) - İlin sülh naminə cüdo layihəsi (Judo for Peace Project of the Year).
Qeyd edək ki, səsvermə qaydalarına əsasən, iştirakçılar qeydiyyatdan keçməklə hər kateqoriya üzrə yalnız bir dəfə səs verə bilərlər.
