Azərbaycan cüdoçuları Ammana yollanacaqlar

Xəbərlər
31 May 2025 15:57
53
Azərbaycan cüdoçuları Ammana yollanacaqlar

Beynəlxalq Cüdo Federasiyası (IJF) yeniyetmələr arasında dünya çempionatının keçiriləcəyi yeri açıqlayıb.

İdman.biz xəbər verir ki, yarış oktyabrın 23-27-də İordaniyanın paytaxtı Ammanda keçiriləcək.

Yeniyetmələrin dünya çempionatında təkcə fərdi yarışlar deyil, həm də qarışıq komandaların turniri keçiriləcək.

Beləliklə, Azərbaycan gənclər yığması üçün ilin əsas startı Ammanda olacaq.

İdman.biz