Elcan Hacıyev "beşlik"də, Balabəy Ağayev "onluq"da

Xəbərlər
20 May 2025 13:03
173
Elcan Hacıyev "beşlik"də, Balabəy Ağayev "onluq"da

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı ərəfəsində azərbaycanlı cüdoçuların bəzisi öz reytinqini yaxşılaşdırıb.

İdman.biz xəbər verir ki, Elcan Hacıyev (90 kq) bir pillə irəliləyərək 5-ci yerə yüksəlib.

Zelim Tçkayev (81 kq) isə 6-cı pilləyə qalxıb. Balabəy Ağayev (60 kq) yenidən ilk "onluğ"a qayıdıb, Uşanqi Kokauri (+100 kq) isə 11-ci pillə ilə "Top-10"un astanasındadır.

Bununla yanaşı, Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) reytinq cədvəlində inamla liderliklərini davam etdirirlər.

Qeyd edək ki, iyunun 13-də start götürəcək dünya çempionatı üçün Azərbaycan komandasının heyəti hələ açıqlanmayıb.

İdman.biz