Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi keçiriləcək

28 Oktyabr 2026 17:41
52
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi keçiriləcək

Oktyabrın 30-da cüdo üzrə U-20 gənclər arasında Abşeron-Xızı birinciliyi təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək yarışda 16 klub və idman cəmiyyətini təmsil edən 88 cüdoçu qüvvəsini sınayacaq.

Turnirin keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

Qeyd edək ki, yarışa giriş sərbəst olacaq.

İdman.Biz