"Böyük Dəbilqə" turnirləri iyuldan davam edəcək

Xəbərlər
15 May 2025 13:41
102
"Böyük Dəbilqə" turnirləri iyuldan davam edəcək

Cüdo üzrə "Böyük Dəbilqə" turnirləri seriyası iyulun sonunda davam etdiriləcək.

İdman.biz xəbər verir ki, reytinq seriyası yarışlarında yaranan fasilə milli komandaların iyunun 13-19-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlığı ilə əlaqədardır.

Mundialdan sonra ilk əlamətdar yarış Monqolustanın paytaxtı Ulan-Batorda iyulun 25-27-də keçiriləcək "Böyük Dəbilqə" turniri olacaq.

Bu il cüdo təqvimində qalan mühüm yarışlar:

13-19 iyun. Budapeştdə (Macarıstan) dünya çempionatı
25-27 iyul. Ulan-Batorda (Monqolustan) "Böyük Dəbilqə" turniri
17-19 oktyabr. Abu Dabidə (BƏƏ) "Böyük Dəbilqə" turniri
14-16 noyabr. Zaqrebdə (Xorvatiya) Qran Pri turniri
6-7 dekabr. Tokioda (Yaponiya) "Böyük Dəbilqə" turniri

İdman.biz