Hidayət Heydərov Dubayda ustad dərsi keçir - FOTO

Xəbərlər
4 May 2025 13:58
226
Hidayət Heydərov Dubayda ustad dərsi keçir - FOTO

Cüdo üzrə Olimpiya və dünya çempionu Hidayət Heydərov hazırda Dubayda ustad dərsi keçirir.

İdman.biz xəbər verir ki, azərbaycanlı idmançı bu barədə sosial şəbəkədə məlumat yayıb.

O, Dubay cüdo yığmasının baş məşqçisi, kamerunlu Lük Edvard Ntsama ilə birgə ustad dərsi iştirakçılarına məşq keçir.

Qeyd edək ki, Heydərov xəstələnməsi səbəbindən ötən ay Podqoritsada keçirilən Avropa çempionatında iştirak edə bilməyib.

İdman.biz