Rəşad Nəbiyev dünya çempionatında medal qazanan cüdoçularla görüşüb - FOTO

20 Oktyabr 2026 12:20
120
Rəşad Nəbiyev dünya çempionatında medal qazanan cüdoçularla görüşüb - FOTO

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında iştirak edən cüdoçularla görüşüb.

İdman.Biz xəbər verir ki, o, bu barədə rəsmi “Facebook” hesabında paylaşım edib.

“Bakıda keçirilən cüdo üzrə dünya çempionatında iştirak edən cüdoçularımızla görüşdük. İdmançılarımızın əldə etdikləri qələbələri yüksək qiymətləndirdiyimizi, onların əzmkarlığının, peşəkarlığının və əsl idman ruhunun ölkəmizin idman nüfuzunun yüksəldilməsinə mühüm töhfə verdiyini bildirdik. Cüdoçularımıza gələcək yarışlarda yeni uğurlar və qələbələr arzuladıq!”, - deyə R.Nəbiyev vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatını rekord nəticə - yeddi medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.

İdman.Biz
Məqalədə: