Qubada Avropa kuboku start götürüb - FOTO

Xəbərlər
3 May 2025 11:03
305
Qubada Avropa kuboku start götürüb - FOTO

Qubada cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku start götürüb.

İdman.biz xəbər verir ki, Azərbaycanı bu yarışda 141 idmançı (100 oğlan, 41 qız) təmsil edir.

İlk yarış günündə 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşəcək. Quba Avropa Kubokuna sabah yekun vurulacaq.

Qeyd edək ki, beynəlxalq turnirdə 11 ölkədən 354 cüdoçu (213 oğlan, 141 qız) 16 çəki dərəcəsində mübarizə aparır.

İdman.biz

Məqalədə: