Avropa çempionu dünyada ilk "altılığ"a yüksəlib

Xəbərlər
17 Dekabr 2024 19:07
163
Avropa çempionu dünyada ilk "altılığ"a yüksəlib

Beynəlxalq Cüdo Federasiyası (IJF) dünya reytinqini yeniləyib.

İdman.biz xəbər verir ki, siyahıda azərbaycanlı idmançılardan bəzisinin mövqeyində dəyişiklik olub.

O cümlədən, Avropa çempionu Elcan Hacıyev (90 kq) iki pillə irəliləyərək 6-cı yerə yüksəlib. Balabəy Ağayev (60 kq) isə səkkiz mövqe itirərək reytinqdə xeyli geriləyib. İndi o, 16-cıdır.

Digər idmançılarla bağlı dəyişiklik yoxdur. Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) reytinqə inamla başçılıq edirlər.

Zelim Tskayev (81 kq) səkkizinci, Uşanqi Kokauri (+100 kq) isə onuncu yerdə qalıb.

Qadınlarda isə 24-cü olan Leyla Əliyeva (48 kq) ən yaxşı göstəriciyə malikdir.

İdman.biz