8 çəkidə qaliblər bəlli olub

Xəbərlər
23 Oktyabr 2024 22:24
290
8 çəkidə qaliblər bəlli olub

Oktybarın 22-23-də Azərbaycan Cüdo Federasiyası və Təhsil Respublika İdman Mərkəzinin (RİM) birgə təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmələr arasında cüdo üzrə Təhsil RİM Respublika Birinciliyi keçirilib.

İdman.biz xəbər verir ki, turnirdə yeniyetmə oğlanlar arasında 8 çəki dərəcəsində qaliblər bəlli olub.

“Zuğulba” tədris-idman bazasında baş tutan yarışda Bakıdan və regionlardan 12 idman təşkilatından olan 144 cüdoçu medallar uğrunda mübarizə aparıb. Tədbirdə Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi, dünya və Olimpiya mükafatçısı Mövlud Mirəliyev, “Təhsil” Respublika İdman Mərkəzinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin direktorları və məşqçi müəllimləri iştirak edib.

Yarış öncəsi cüdo üzrə açıq məşq keçirilib. Uşaq-gənclər idman-şahmat məktəblərinin məşqçiləri və yeniyetmə, gənc cüdoçuların iştirak etdiyi məşqdə, idmançıların yarışa hazırlığı, texnika və taktikanın təkmilləşdirilməsi müzakirə olunub, bəzi fəndlər əyani olaraq nümayiş etdirilib. Açıq məşqdə iştirak edən gənc idmançılara sertifikatlar təqdim edilib.

Yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 2-ci yerə Bakı şəhəri 10 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 3-cü yerə isə Gəncə şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi layiq görülüb. 9 komanda müxtəlif əyarlı medal qazanıb.

Birinciliyin mükafatçıları
50 kq
1. Ceyhun Hüseynli
2. Kənan İbrahimov
3. Harun Soltanov
3. Fərid Xudiyev

55 kq
1. Ömər Allahverdiyev
2. Rahib İbrahimov
3. Əli Əlizadə
3. Röyal Dadaşov

60 kq
1. Ruslan Əsgərov
2. Sənan Piriyev
3. Yusif Əliyev
3. Zaməddin Bağırov

66 kq
1. Kənan Məmmədov
2. Xəyal Sərkərov
3. Yusif Abbasov
3. Məhəmməd Bağırov

73 kq
1. Yunis İbrahimzadə
2. Akif Məmmədli
3. Ayxan Həsənli
3. Elnur Sultan

81 kq
1. Ömər Axundov
2. Babək Sadıqov
3. İskəndər Abbasov
3. Nicat Qəhrəmanov

90 kq
1. Nurəddin Əliyev
2. Tamerlan Əliyev
3. Xalid İlyasov
3. Əmir Xəzriyev

+90 kq
1. Cavidan Məsimov
2. Tahir Əfəndiyev
3. Ömər Hacılı
3. İbrahim Seyidov

İdman.biz